Ertv.Az-ın məlumatına görə, Park Cinema | Flame Towers-də MOVIE DAY və IMAX DAY elan olunur. Belə ki, hər həftənin ikinci günü ilk seansdan sonuncuyadək həm standart, həm də İMAX formatında nümayiş edilən filmlərə biletlərin qiymətlərində müəyyən qədər endirim olacaq.
Beləliklə, Park Cinema | Flame Towers-də standart zallarda 2D və 3D filmlərə qiymətlər seansın vaxtından asılı olmayaraq müvafiq olaraq 3.30 AZN və 4.30 AZN təşkil edəcək. İMAX (və İMAX 3D) formatında olan blokbasterlərə baxmağa üstünlük verən tamaşaçılar üçün qiymətlər 8 AZN (2D) və 10 AZN (3D) təşkil edəcək.
İMAX günü daha çox tamaşaçıya bu əfsanəvi formatın təsvirinin möhtəşəm keyfiyyətini, səsini və 3D effektini qiymətləndirməyə imkan yaradacaq.
Xatırladaq ki, Flame Towers-də standart zallar dünyanın ən qabaqcıl texnologiyalarından biri olan Masterİmage-in daha keyfiyyətli istifadəsinə imkan yaradan gümüş örtüklü çökük ekranlarla təchiz olunublar.