"Nizami" Kino Mərkəzində "Cəsus" başladı
04 iyun, 2015 16:50
Ertv.Az xəbər verir ki, ssenarisi və rejissor işi Pol Fiqin olan “Cəsus” filmi döyüş və komediya janrındadır. Yaş məhdudiyyəti:16+
Filmin süjetinə gəlincə, baş qəhrəman Syuzi Kuper məxvi araşdırma agenti olmağı arzulayır və bu amalla ABŞ-ın mərkəzi kəşviyyat idarəsində işə düzəlir. Amma uzun müddət işləməyinə baxmayaraq karyera irəliləyişi olmur. Sonunda, xəyalından əl çəkməyən Syuzanın üzünə tale gülür. Nüvə bombasının yerini öyrənmək tapşırığını almış, yaxşı hesabda olan agentlərdən biri işi batırır. Syuzan bu əməliyyatın öhdəsindən gələcəkmi?
Filmdə rolları Mellisa MakKarti, Cud Lou, Raad Ravi, Cessika Çaffin. Miranda Xart, Sem Riçardson, Keti Dippold, Romeyn Apelbaum, Rouz Birn, Riçard Breyk və digər aktyorlar canlandırıblar.
Əziz kinosevərlər film haqqında daha ətraflı məlumatı "Nizami" Kino Mərkəzinin "Facebook" səhifəsindən də öyrənmək mümkündür. (https://www.facebook.com/NizamiCinema?rf=hl)