"Abşeron" yatağında ilk quyu 2018-ci ildə qazılacaq
04 iyun, 2015 16:44
Ertv.Az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib:
"Qərara gəldik ki, yeni qazma qurğusunu Fransanın "Total" şirkətinə verək. 2017-ci ilin ikinci rübünə üzən qazma qurğusu hazır olacaq. 2018-ci ildə isə quyu qazılmağa başlanacaq. 2021-ci ildə isə ilk hasilat olacağı gözlənilir" -deyə o bildirib.
İllik nə qədər hasilat olacağına gəlincə isə, o qeyd edib ki, həcm qazılan quyuların sayından asılıdır.