Xəbərlər

Saymon Kleq: "Artıq 50 xarici media nümayəndəsi Bakıdadır"
01 iyun, 2015 15:08
Ertv.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri "Bakı-2015"-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
 
Kleq yarışın başlanmasına 10 gün qalmış, Məşəlin Bakı marşrutunun açıqlanması ilə bağlı keçirilən tədbirdə danışıb.
 
O bildirib ki, biletlərin satışı uğurla gedir: “Açılış mərasimində stadionun tam dolacağını demək olar. Hazırda bu mərasim üçün biletlərin 80 faizdən çoxu satılıb. Boks, güləş yarışlarının da keçiriləcəyi arenalarda satış yüksək səviyyədədi. Diger arenalarda da belə olacağına əminəm”.
 
Gənclər və idman naziri, "Bakı-2015"-in İcraçı Direktoru Azad Rəhimov isə deyib ki, Birinci Avropa oyunlarına 10 gün vaxt qalsa da, Bakı gələcək qonaqları qarşılamağa tam hazırdı.
 
Bundan əlavə, o, Məşəl səyahətinə də toxunub: “Bakı Avropa Oyunlarına tam hazırdı. Buna idman obyektləri və Atletlər Kəndi daxildi. "Bakı-2015"-in Məşəli 1 aylıq səyahətini 5 gün sonra başa vurub, Bakıya qayıdacaq. Məşəl səyahətində 150 nəfər iştirak edib. İdman üzrə göstərilən xidmətləri və yerli təşkilatlar üçün öz vacibliyi ilə seçilən 1000-dən çox məşəlçi Avropa Oyunları Məşəlinin daşınması şərəfinə nail olublar”.
 
Azad Rəhimov vurğulayıb ki, Ermənistan Avropa Oyunlarını canlı yayımlamaq istəyir: “Ermənistan Avropa Oyunlarını televiziya vasitəsilə göstərmək istəyindədi. Lakin hələ rəsmi bir şey yoxdu və danışıqlar davam edir. Bizdə olan məlumata görə, Bakıya 30-a yaxın ölkənin rəsmisi gələcək”.
 
Nazir məşhur idmançıların məşəli daşımamasına da münasibət bildirib. Onun sözlərinə görə, məşəli sırf idmançıların daşıması ilə bağlı əvvəldən də ideya olmayıb: “Biz rayonlara müraciət etdik. 
 
Orada tanınmış, ictimaiyyəti əhatə edən insanlar idi. Təkcə idmançılar yox, digər tanınmış şəxslərin siyahısı təqdim olunub. Azərbaycanı dünyaya tanıdan insanlar idilər. Məsələn, Əlibaba Məmmədov deyir ki, səhhətimlə əlaqədar, məşəli daşımaq çətindi. Biz də onu anlayışla qarşıladıq və məşhur xanəndəmizi layiqli adamla əvəz edəcəyik”.
 
Qeyd edək ki, tədbirin sonunda keçmiş güləşçi Fərid Mansurov məşəli bir daha nümayiş etdirib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.