Xəbərlər

Velosipedlə və piyada gəzintinin orqanizmə müsbət təsirləri haqda təlim keçiriləcək
01 iyun, 2015 15:00

Ertv.Az xəbər verir ki, “Uşaqlar üçün laboratoriya”nın iyun təlimi “yaşıl şəhər”, tullantılar və onların təkrar istifadəsi mövzusuna həsr olunacaq. 

Təlim zamanı uşaqlara avtomobillərdən istifadənin ətraf mühitə vurduğu zərərlər, velosipedlə və piyada gəzintinin həm insan orqanizminə həm də təbiətə müsbət təsirləri haqqında məlumatlar çatdırılacaq. Həmçinin tullantıların azaldılması və təkrar istifadəsi yolları izah ediləcək.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyilə tullantıdan incəsənət nümunələri də hazırlayacaqlar.

İyun laboratoriyası uşaqlara ətraf mühitin mühafizəsi istiqamətində əsas amillərindən hesab olunan tullantıların azaldılması və təkrar istifadəsi ilə bağlı biliklər qazandırmaqla yanaşı, həm də onlarda kiçik yaşlarından “davamlı şəhər” ilə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.