Xəbərlər

IDEA-nın həyata keçirdiyi “Yaşıl marafon” layihəsinə yekun vurulub
01 iyun, 2015 14:49

Ertv.Az-a IDEA İctimai Birliyindən daxil olan məlumata görə, layihə çərçivəsində 2014-cü ilin payız və 2015-ci ilin yaz əkin mövsümləri zamanı ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilıb.

“Yaşıl Marafon”un gedişi, həmçinin əkilmiş ağaclar barədə məlumatlar, rayon və şəhərlər üzrə hesabat və ağacəkmə aksiyalarından fotoşəkillər layihənin internet səhifəsində yerləşdirilib. (http://ideacampaign.org/green_marathone/).

“Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanmış və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyətləri qoşulub.   

IDEA İctimai Birliyi “Yaşıl Marafon” layihəsinin uğurla həyata keçirilməsinə və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirir.

IDEA ölkə ərazisində yaşıllıqların qorunması və artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Belə ki, məhz İctimai Birliyin təşəbbüsü ilə son 4 ildə Azərbaycanda 4 milyondan artıq ağac əkilmişdir. Bununla yanaşı, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə 2014-cü ilin may ayında təsis edilmiş “Ağacların kəsilməsinə yox” proqramı fəaliyyət göstərdiyi bir il ərzində Bakı şəhəri və ətraf rayonlarda qanunsuz ağac kəsilməsinin qarşısının alınmasına əhəmiyyətli töhfə verib.

Proqram çərçivəsində yaradılmış (şəhər telefonları və bütün mobil operatorlardan) “1113” qaynar xəttinə bu günə kimi vətəndaşlardan 150 şikayət daxil olmuş və hər bir şikayət Proqram çərçivəsində fəaliyyət göstərən “Təbiətə təcili yardım” mobil qrupu tərəfindən yerində araşdırılmış, və məhv edilmiş yaşıllıqların bərpası məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görülüb.  (http://ideacampaign.org/az/first_aid_to_the_nature/).

IDEA İctimai Birliyi ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətindədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.