Con Kerri əməliyyat olunacaq
01 iyun, 2015 14:46
Ertv.Az RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
Onun sözlərinə görə, əməliyyat Bostonda aparılacaq.
“Con Kerri Bostonda mərkəzi xəstəxanaya yerləşdirilib. Onu sabah sınmış ayağını düzəltmək üçün əməliyyat edəcəklər” – Kirbi deyib.
Əməliyyatdan əvvəl Kerri Parisdə keçirilən terrorist qrupu olan "İslam Dövləti"nə qarşı mübarizəyə dair nazirlərin görüşünə telefonla qoşulacaq.