Diş həkiminin 800-ə yaxın avtomobil kolleksiyası
01 iyun, 2015 14:44
Ertv.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceyms Hull adlı həkimin avtomobil kolleksiyasında 467 klassik, 300 ədəd də pedallı miniatür avtomobil var.
Hullun kolleksiyasında məşhur müğənni Elton Conun keçmişdə sürdüyü “Bentley” avtomobili də var.
O kolleksiya üçün ümumilikdə 100 milyon sterlinq qiymət qoyub. Diş həkimi avtomobillərin hamısını bir yerdə alacaq müştəri tapılana qədər gözləyəcəyini bildirib.
Qeyd edək ki, Ceyms Hull dünyada ilk dəfə diş kosmetikası şirkəti quran şəxsdir.