Xəbərlər

Bir sıra ölkələrin dövlət başçıları, yüksək vəzifəli rəsmiləri Prezident İlham Əliyevi təbrik edib
29 may, 2015 15:08

İtaliya Respublikasının Prezidenti Sergio Mattarelladan: İtaliya xalqı adından və öz adımdan Azərbaycan xalqına Respublika Günü münasibətilə səmimi qəlbdən sülh və rifah arzulayıram.

İtaliya və Azərbaycan artıq uzun müddətdir ki, xalqlarımız arasında möhkəm və uzunmüddətli dostluq münasibətlərindən bəhrələnən və müxtəlif səviyyələrdə keçirilən görüşlərlə zənginləşən səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyublar.

Ümid edirəm ki, ölkənizin Avropa İttifaqı ilə daha geniş əlaqələri çərçivəsində bizim mövcud sıx əməkdaşlığımız və bunun nəticəsi olan ümumi təşəbbüslərimiz gələcəkdə daha da güclənəcəkdir.

Bu ümidlə də Sizə möhkəm cansağlığı, xalqınıza rifah arzu edirəm.

XXX

Macarıstan Respublikasının Prezidenti Yanoş Aderdən: Hörmətli cənab Prezident, Sizə və xalqınıza Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan iqtisadi və sosial inkişaf istiqamətində mühüm irəliləyiş əldə etmiş, geniş bir regionda lider dövlətə çevrilmişdir. Bu prosesin bundan sonra da sürəti dayandırmadan davam etməsini arzulayıram.

Macarıstanın ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına sadiq qaldığını təsdiq etmək istərdim.

Sizə məsul dövləti fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və rifah arzulayıram.

XXX

Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvadan: Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırır, Sizə xoşbəxtlik, xalqınıza inkişaf və tərəqqi arzulayıram.

XXX

Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişahdan: Zati-aliləri, Milli bayramınız – Azərbaycan Respublikası Günü münasibətilə Zati-alinizə öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi çatdırıram.

Ümid edirik ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz altında sülh və tərəqqi içərisində yaşamağa davam edəcəkdir.

XXX

Tailand Kralı Bumibol Adulyadejdən: Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.

XXX

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan: Zati-aliləri,

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə mötəbər hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin xalqımıza göstərdiyiniz sıx qardaşlıq dəstəyinə və həmrəyliyinizə, torpaqlarını və müqəddəs məkanlarını qorumaq, milli Fələstin torpağında müstəqil dövlətimizi qurmaq, təhlükəsizlik, sülh və yaxşı qonşuluq münasibətləri məkanına çevirmək üçün ədalətli və qanuni mübarizəmizə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildiririk.

Zati-alinizə təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzu edirik.

XXX

Küveyt Dövlətinin vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbahdan: 

Rəhimli və mərhəmətli Allahın adı ilə

Zati-aliləri,

Dost Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə öz səmimi salamlarımı və təbrikimi böyük məmnunluq hissi ilə Zati-alinizə çatdırıram.

Sizə möhkəm cansağlığı, səadət və uğurlar, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzularımı bildirirəm.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.