“Bakı-2015” ilk Avropa Oyunlarında Maltadan 59 idmançı mübarizə aparacaq
29 may, 2015 15:04
Ertv.Az xəbər verir ki, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.
“Bakı-2015” Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: “İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır”.
“Bakı-2015”-in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib.