Xəbərlər

Bu gün görkəmli bəstəkar Oqtay Zülfüqarovun ad günüdür
31 may, 2015 14:54

Ertv.Az xəbər verir ki, Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlmişdir. 1945-ci  ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi  illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirmişdir. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar almışdır. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxudu, sonra  imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə  qəbul olundu.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başladı. Eyni zamanda o, ‘‘Qız-ulduz‘‘, ‘‘Pişik və Sərçə‘‘ və  ‘‘Meşə nağılı‘‘ operalarını da yazdı. ‘‘Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci  ildə Moskvada laureat adına layiq görülmüşdür.

2010-2012 illərdə O.Zülfüqarov ‘‘Məlik Məmməd‘‘ nağılı əsasında uşaqlar üçün  ‘‘Sehrli alma‘‘ iki hissəli balet, ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva  və Vidadi Xəlilovla birgə II və V  siniflər  üçün  musiqi dərslikləri yazmışdır.

Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar ‘‘Oxuyur  Aysel‘‘ adlı topluda işıq üzü görmüşdür. 1972-ci ildə Azərbaycan incəsənət  xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülmüş, 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilmişdir. 

Prezident  təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov hazırda  Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.