Xəbərlər

Birinci Avropa Oyunlarının Xorvatiyada yayımlanması haqqında saziş imzalanıb
28 may, 2015 20:42

Ertv.Az xəbər verir ki, “Bakı-2015” yarışları 2011-ci ildə Xorvatiya Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən ilk televiziya kanalı olan və ödənişsiz xidmət göstərən “Sportska Televizija”da (SPTV) hər gün 10 saat ərzində yayımlanacaq. 

SPTV kanalı həm də açılış və bağlanış mərasimlərini nümayiş etdirəcək. Kanal, həmçinin xorvatiyalı idmançıların çıxışlarının geniş işıqlandırılmasını təmin edəcək.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, “Bakı-2015” Avropa idmanı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün səylə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər.

SPTV kanalının baş redaktoru Yura Ozmek deyib: “Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir. Bakıda idmanın 20 növü üzrə yarışlar keçiriləcək və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olacaq. Xorvatiya həmin idman növlərinin 18-i üzrə təmsil olunacaq. Ümidvarıq ki, Xorvatiya təmsil olunduğu idman növləri üzrə medallar qazanan ölkələr sırasında yer ala biləcək. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və iyunun 12-də keçiriləcək açılış mərasimini səbirsizliklə gözləyirik. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi ilə tərəfdaşlıq etməkdən məmnunuq və qitə və Xorvatiya idmanında birlikdə yeni bir səhifə açacağıq”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.