Sabah havanın temperaturu 36 dərəcəyədək yüksələcək
28 may, 2015 20:35
Ertv.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.
Rayonlarda isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.