Xəbərlər

Alov festivalının növbəti ünvanı Qəbələ
27 may, 2015 12:57

Ertv.Az xəbər verir ki, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul etdi.

Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirdi. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəldilər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırdı. 

Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.

Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Möhtəşəm Alov festivalı, respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı Qəbələ sakinlərinin sevincini daha da artırdı. Sonda atəşfəşanlıq oldu.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.