Xəbərlər

“Təmiz Şəhər” ASC “0 Tullantı” yay məktəbinə qəbul elan edir
27 may, 2015 12:52

Ertv.Az xəbər verir ki, bu dəfəki məktəb ADA Universiteti ilə birgə təşkil olunacaq və “0 Tullantı” adlı mövzu altında keçiriləcək. Maarifləndirici düşərgə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə keçirilir.  

Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına tövhə verə biləcək layihələrin reallaşdırılması və dəstəklənməsi nəzərdə tutulur.

Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtının birlikdə təşkili, birgə çalışması, müxtəlif tədbirlərin köməyi ilə gənclərin ümumi intellektual səviyyəsinin artırılmasına imkan yaradacaqdır. Belə ki, yay məktəbində iştirak üçün seçim turundan keçəcək 40 gənc 4 gün ərzində tullantıların idarə olunması mövzusunda təlimlərdə, müxtəlif intellektual oyunlarda iştirak edəcək, bir neçə məlumat turuna qatılacaqlar.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC artıq 5 ildir ki, məktəbli və gənclər üçün tullantıların idarəedilməsi və ətraf mühitin qorunması sahəsində müxtəlif mövzulu yay məktəbləri təşkil edir. Şəki, Quba, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmiş yay məktəblərində ümumilikdə 300-dən çox tələbə və gənc iştirak etmiş, bununla da ətraf mühitə öz müsbət tövhələrini vermişlər.

Bu il yay məktəbinin məhz ADA Universitetində keçirilməsi təsadüfi deyil. Universitet ölkəmizin ən qabaqcıl və innovativ təhsil məkanlarından biridir. ADA Universiteti Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda LEED sertifikatının tələblərinə cavab verən ilk təhsil ocağıdır. Universitetin isitimə və soyutma sistemi bərpa olunan enerji hesab edilən geotermal istilik nasosları vasitəsilə həyata keçirilir ki, nəticədə ADA ildə havaya 1500 CO2  daha az buraxır. Universitet həmçinin, “Təmiz Şəhər” ASC ilə yenidən kağız istehsalında əməkdaşlıq edir və tələbələrdə təkrar istehsal mədəniyyətini formalaşdırır.

Yay məktəbində iştirak etmək istəyənlər üçün mayın 25-dən etibarən sənəd qəbulu  elan edilir. Gənclər www.yaymektebi.tamizshahar.az elektron ünvanındakı ərizə formasını dolduraraq 21 iyunadək online təqdim etməlidirlər. Namizədlər siyahısına düşən şəxslər müsahibəyə dəvət oluancaqlar.

Yay məktəbində iştirak ödənişsizdir. İştirakçıların qida, nəqliyyat, təlim vəsaiti və digər xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.