Angela Merkel 5-ci dəfə dünyanın ən güclü qadını seçilib
27 may, 2015 12:49
Ertv.Az “Doğan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, A.Merkel son 12 il ərzində dünyanın ən güclü qadınlarının reytinq siyahısında 10 dəfə ilk onluğa düşüb, son 5 ildə isə birinci olub.
ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə namizədliyini açıqlamış Hillari Klinton isə siyahıda 2-ci yerdə qərarlaşıb.
Dünyanın ən güclü qadınları sırasında növbəti yerləri Bill Qeytsin xanımı Melinda Qeyts, ABŞ Mərkəzi Bankının sədri Canet Yellen, “General Motors” avtokonserninin prezidenti Meri Barra, Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Braziliya prezidneti Dilma Russeff tutub.