Polşa prezidenti İlham Əliyevə başsağlığı verib
25 may, 2015 16:01
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
Möhtərəm cənab Prezident,
Bakıda yaşayış binasında baş vermiş yanğının faciəvi nəticələri barədə məlumat məni sarsıtdı. Polyak xalqı adından və şəxsən öz adımdan Sizə və bu faciədə zərər çəkmiş şəxslərə dərin kədərimi bildirirəm.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciədə yaralananlara isə şəfa diləyirəm.