Rusiyanın iki ən güclü bədii gimnastı “Bakı-2015”də
26 may, 2015 15:58
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner birinci Avropa Oyunları üçün heyəti açıqlayıb.
Məlumata görə, Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək yarışlarda Yana Kudryavtseva və Marqarita Mamun birincilik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, birinci Avropa Oyunları çərçivəsində bədii gimnastika yarışları iyunun 17-dən 21-dək keçiriləcək.