Xəbərlər

Avropa Oyunları: Atletlər və Media kəndləri haqqında pasport
26 may, 2015 15:56
Ertv.Az xəbər verir ki, mayın 25-də Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub.
 
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
 
Atletlər və Media kəndləri haqqında
 
Birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə gediş-gəlişin rahat və sərfəli olduğu bir ərazidə yerləşir.
 
13 yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzil var. Hər mənzil isə 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7 min 499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri var. Burada pulsuz internetə çıxış imkanı olacaq.
 
Nəqliyyat, qidalanma, alış-veriş və istirahət
 
Oyunlar müddətində atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün inşa edilən böyük avtobus dayanacağında da hər cür şərait yaradılıb.
 
Atletlər kəndindəki yeməkxanada idmançılara əsasən dünya mətbəxi təqdim ediləcək.
 
Yeməkxanada eyni vaxtda 2015 atletə yüksək səviyyədə xidmət göstəriləcək.
 
Atletlər kəndinin kommersiya mərkəzində gözəllik salonu, poçt, turizm ofisi və valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərəcək. Oyunların keçirildiyi günlərdə buradakı supermarketdə “Bakı-2015” birinci Avropa Oyunlarının rəmzlərinin əks olunduğu məhsullar satışa çıxarılacaq. Kommersiya mərkəzindən müxtəlif stadionlarda və idman qurğularında Oyunları izləmək üçün bilet almaq da mümkün olacaq. Bunun üçün ayrıca bilet satışı məntəqəsi fəaliyyət göstərəcək.
 
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək.
 
Səhiyyə xidmətinin təşkili
 
Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir.
 
Bu məqsədlə də burada xüsusi poliklinika fəaliyyət göstərəcək. Binada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var.
 
Poliklinika ən zəruri avadanlıqla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
 
Jurnalistlərin “Media kəndi”
 
Birinci Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn jurnalistlər Media kəndində yerləşdiriləcək. Burada media nümayəndələrinə səmərəli işləmək və istirahət etmək üçün hər cür şərait yaradılıb.
 
Akkreditasiya mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, ilk Avropa Oyunlarını işıqlandırmaq məqsədilə 900-ə yaxın xarici media təmsilçisi qeydiyyatdan keçib.
 
Burada da mədəniyyət və turizm mərkəzi yaradılıb. Mərkəzdə jurnalistlər üçün Azərbaycan haqqında müxtəlif məlumatların əks olunduğu bukletlər və kitablar sərgilənir.
 
Burada yaradılan şərait təsdiq edir ki, Azərbaycanda birinci Avropa Oyunlarına ən yüksək səviyyədə və bütün parametrlərə uyğun hazırlıq gedir. Xarici media təmsilçilərinə yaradılan şərait jurnalistlərə Oyunları operativ şəkildə bütün dünyaya çatdırmağa imkan verəcək. Onları Media kəndindən idman arenalarına pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək.
 
Jurnalistlərin qidalanması
 
Media kəndindəki 4 binada ümumilikdə 536 mənzil var. Media kəndində jurnalistlər üçün ayrıca yeməkxana nəzərdə tutulub. Burada onlara dünya mətbəxindən müxtəlif təamlar təklif olunacaq. Yeməkxanada eyni vaxtda 500 nəfər qidalana biləcək.
 
Son söz əvəzi
 
Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası həm də ölkəmizin uğurlu inkişafının göstəricisidir.
 
Burada görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha əminlik yaradır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir.
 
Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək. Birinci Avropa Oyunlarının keçirilməsində qazanacağımız təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə geniş imkan yaradacaq.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.