20-dən çox dövlət başçısının Avropa Oyunlarının açılışına gələcəyi gözlənilir
25 may, 2015 15:48
Ertv.Az trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov“Rossiyskoy qazeta”-ya müsahibəsində deyib.
A. Rəhimovun sözlərinə görə, ilk olaraq Beynəlxalq Olimpiya Komitəsinin üzvü Monako Knyazı II Albert və Böyük Lüksemburq Hersoqu öz iştirakını təsdiqləyib.
Nazir sözlərinə əlavə edib ki, Oyunların başlamasına az qalmış Avropadan Bakıya neçə dövlət başçısının gələcəyi məlum olacaq:
“Biz ən az 20 dövlət başçısının gələcəyini gözləyirik”.
Qeyd edək ki, İlk Avropa Oyunları 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək.