Xəbərlər

Məşəl estafeti Şəkidə
25 may, 2015 15:46

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Oyunlarının məşəl estafeti bu qədim diyarda XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, Şərq memarlığının nadir incisi hesab olunan Şəki xanlarının sarayının həyətindən start götürdü. 

Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürdü. On iki məşəlçi “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq məsafə qət etdilər. 

Estafetin sonuncu iştirakçısı – respublika dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. 

Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş etdirildi.

Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edildi.

Daha sonra möhtəşəm alov festivalı başlandı. Qeyri-adi alov şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi yaratdı.

Alov festivalı atəşfəşanlıqla başa çatdı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.