Xəbərlər

İstanbulda XXI Türk dünyası uşaq festivalı keçirilir
26 may, 2015 15:45
Ertv.Az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasiminə Qırğızıstan, Macarıstan, Tatarıstan, Yunanıstan, Bolqarıstan və digər 21 ölkədən və muxtar qurumdan 35 uşaq kollektivi qatılıb.
 
Festivalda Azərbaycanı Bakı Atatürk Liseyinin 5 A sinfinin şagirdlərindən ibarət “Turan” qrupu təmsil edib. Tədbir İstanbulun Asiya tərəfindəki Söyüdlüçeşmə bölgəsindən başlanıb. Təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandıran uşaqlar yürüş boyu sülh çağırışları olan süarlar səsləndiriblər.
 
Sonra Kadıköydəki Atatürk meydanında festivalın açılışı olub. Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan və Kayahan Yazqan ənənəyə çevrilmiş bu festivalın “Dildə, fikirdə və işdə birlik” şüarının gerçəkliyə çevrilməsindəki əhəmiyyətindən danışıblar. Sonra Azərbaycan təmsilçiləri “Uzundərə” rəqsini ifa ediblər.
 
Bakı Atatürk liseyinin “Turan” qrupunun təşkilatçıları olmuş liseyin müəllimələri Arzu Quliyeva, İlhamə Məmmədova və Səbinə Danyarbəyli də xüsusi mükafata layiq görülüblər. Bakı Atatürk Liseyinin şagirdi İrəm Sultan Demir türk televiziyalarında canlı yayım proqramlarının qonağı olub. “Turan” qrupunun üzvləri - Narıngül Xuduzadə, Toğrul Məmmədli, Tamella Danıyarbəyli, Humay Məmmədli, Elcan Süleymanlı, Nihad Nəsibov, Nəzrin Babayeva, Aydın Alısoy, Lamiya Hüseyn, Atilla Alisoy, İbrahim Məmmədov, Valeh Yusifli digər ölkələrdən gələn uşaqlara Azərbaycanla bağlı bilgilər veriblər.
 
Festival mayın sonunadək davam edəcək.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.