Ertv.Az-a "Park Cinema"-nın PR meneceri Sinan Ağayevin verdiyi məlumata görə, Azərbaycanın anime fanatları bu animasiya filmini uzun müddətdir ki, gözləyirdilər.
Onun sözlərinə görə, 15 il ərzində dünyanı fəth edən tanınmış yapon manqası Masasi Kisimotonun ssenarisi əsasında rejissor Suneo Kobayasinin 2015-ci ildə çəkdiyi bu film möhtəşəm “NARUTO” anime və manqa pərəstişkarlarının əfsanəvi epik anime-saqanın tarixinin ən əsas hadisəsi hesab olunur. Cizgi film əfsanəvi nindza Naruto Udzumakinin tarixini sona çatdıran axırıncı tammetrajlı film olacaq.
Böyük uğura çatan manqa həm uşaqlar, həm də böyüklərin sevgisini nəinki Yaponiyada, hətta ondan kənarda da qazanan nindza haqqında anime-serialın əsasını qoyub. Dinamik süjet, parlaq və unudulmaz personajlar, baş qəhrəmanın böyüməsinin maraqlı hekayəsi, mükəmməl musiqi – bunların hamısı Narutonun dünyanın böyük yeniyetmə brendlərinin biri və Yaponiyanın əsas ixracı olmasına səbəb olub.
Filmin süjetinə gəlincə, söhbət əsl nindza olmağı arzulayan Naruto adlı adi yeniyetmədən bəhs edir. Onun hekayəsi 1999-cı ildə başlayıb, məhz o zaman Masasi Kisimotonun manqası ilk dəfə işıq üzü görüb.
“Naruto: Sonuncu film”in hadisələri Kisimoto manqasının 699-cu fəsilində təsvir olunan Şinobi Dördüncü dünya müharibəsindən iki il sonra baş verir. Sevimli personajlar Naruto da başda olmaqla, güclərini yenidən toplayıb baş qəhrəmanın sevgilisini xilas etmək üçün təhlükəli missiyaya yollanırlar.
Rejissor Suneo Kobayasinin sözlərinə görə, yeni film əvvəlkilərdən fərqli olaraq, savaş janrında deyil, romantik hekayə kimi yaranıb. Sevgidən uzaq olan Naruto tamaşaçılara sübut edəcək ki, o, romantik hisslərə də biganə qalmır:
"Yeni film heç kimin görmədiyi Narutonu göstərəcək: o, heç də mükəmməl deyil, yorğunluq və ümidsizlik hissləri ona da məxsusdur".
Qeyd edək ki, "Naruto: Sonuncu film" cizgi filminə Hayao Miyadzakinin “Külək güclənir”ini dublyaj edən əfsanəvi “Reanimedia” studiyasının səsləndirilməsində baxacaqsınız.