Xəbərlər

Türkiyənin Selcuk və Azərbaycanın Tibb universitetləri arasında müqavilə imzalandı
26 may, 2015 15:34
Ertv.Az xəbər verir ki, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tədbiri açaraq, gələn qonaqlara ilk öncə universitet haqqında məlumat verdi. 
 
Onun sözlərinə görə, hazırda universitetdə 7000-dən çox tələbə və rezident, həmçinin 1000-dən çox xarici ölkə vətəndaşları olan tələbələr təhsil alırlar.
 
Millət vəkili Əhliman Əmiraslanov ATU-nun professor-müəllim heyəti haqqında da məlumat verərək bildirdi ki, hazırda bu ali təhsil ocağında 160-dan çox professor, 320 dosent, 800-ə yaxın elmlər namizədi və ümumilikdə 1300 nəfər akademik personal çalışır.
 
Daha sonra  Əhliman Əmiraslanov Selcuk Universiteti ilə sıx əlaqələrin yaradılması arzusunda olduğunu qeyd etdi: "Selcuk Universitetində axırıncı dəfə 90-cı illərin əvvəllərində olmuşam. O vaxtdan universitetdə çox irəliləyişlər olub. Ümid edirəm ki, Selcuk Universiteti ilə qarşılıqlı əməkdaşlıq edəcəyik".
 
Selcuk Universitetinin rektoru, prof. dr. Hakkı Gökbel də öz ali təhsil ocaqları haqqında məlumat verdi. O, universitetdə 80.000 tələbənin təhsil aldığını, 22 fakültənin olduğunu qeyd etdi. Rektor həmçinin universitetin tərkibində fəaliyyət göstərən Tibb fakültəsi haqqında da məlumat verərək, fakültədə bütün tibb sahələri üzrə mütəxəssis yetişdirdiklərini bildirdi: "Çox sevinirəm ki, burdayam, universitetin fəaliyyəti ilə yaxından tanış oldum. Azərbaycan Tibb Universiteti ilə əlaqələri genişləndirməyi nəzərdə tutmuşuq".
 
Qeyd edək ki, görüşün sonunda iki universitet arasında qarşılıqlı əməkdaşlıq, tələbə, rezident və mütəxəəssis mübadiləsi üzrə müqavilə imzalandı.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.