Azərbaycanda ayrı-ayrı yerlədə mayın 27-də leysan xarakterli yağışlar gözlənilir
26 may, 2015 15:33
Ertv.Az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi xəbərə əsasən, səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən mayın 27-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 28-də atmosfer təzyiqinin bir qədər enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.