Xəbərlər

Rejissor Valeri Kərimovun 70 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək
22 may, 2015 22:42
Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
 
Mərasim Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.
 
Qeyd edək ki, əməkdar incəsənət xadimi, tanınmış kinooperator və kinorejissor Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkardan biri olub. O, professional kinooperator kimi 30-a qədər film çəkib.
 
Valeh Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm edib. 
 
Ələlxüsus xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb.
 
O, bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləyib. 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ-nin kinooperatorluq fakültəsinə daxil olub.
 
Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir. Elə həmin il operator “Ömrün səhifələri” kinoalmanaxında “Baladadaşın ilk məhəbbəti” və “Nəğmə dərsi”ni lentə alıb. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var.
 
“Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ailə”, “Sizi dünyalar qədər sevirdim”,“Bir ailəlik bağ evi”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və başqa filmlər bu qəbildəndir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.