Xəbərlər

Dörd nəfəri xilas etdiyini deyən fəhlənin atası danışdı: “Oğlumun əqli çatışmazlığı var, o, yalan danışır”
22 may, 2015 22:36

Ertv.Az xəbər verir ki, Uğur Babayev APA TV-yə verdiyi açıqlamada oğlunun əqli çatışmazlığının olduğunu deyib: 

“Oğlumun bir az əqli çatışmazlığı var. Əsgərliyə çağıranda tibbi komissiya Bakıya, psixi dispanserə göndərmişdilər. Burada onun əqli çatışmazlığı olduğuna qərar verdilər”.

Ağsu rayonunda yaşayan Uğur Babayev oğlunun yanan binadan dörd nəfəri xilas etdiyi barədə iddialarını telekanaldan izlədiyini deyib: “Televizorda onun şəklini gördüm. Əllərini göstərir, deyir ki, ayaqları yanıb. Amma əllərində heç nə yoxdur”.

Uğur Babayevin sözlərinə görə, oğlunu açıqlama verməyə razı olsa da, sonradan su almaq bəhanəsi ilə qaçıb: “Oğlumla burada  idik. Dedi bura dəyib gəlirəm, qaçıb. Hərəkətlərində bildirir ki, çatışmazlıq var. Rayonda olanda, öz yanımda olanda bilirdim ki, yalan danışmağı sevir, nə deyir, yalan deyir”.

Uğur Babayev qeyd edib ki, oğlu uşaq vaxtı ürəkkeçmədən əziyyət çəkib və buna görə müalicə götürüb.

Qeyd edək ki, APA TV-nin əməkdaşları son iki gün ərzində Kamran Babayevlə əlaqə saxlayaraq reportaj hazırlamaq istəyib, lakin Kamran Babayev Ağsu rayonunda olduğunu, Bakıya bir həftədən sonra gələcəyini bildirib. Atası isə oğlunun yalan danışdığını, bu müddət ərzində Bakıda olduğunu deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.