Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Prezident İlham Əliyevi təbrik edib
21 may, 2015 22:19
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm.