Azərbaycan yığması yanğın faciəsi qurbanlarının xatirəsinə qərənfillər düzdü
21 may, 2015 22:18
Ertv.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə matça və Avropa Oyunlarına hazırlıqlarını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində dünyasını dəyişənləri yad ediblər.
Yığmamız baş məşqçi Faiq Qarayev başda olmaqla binanın qarşısında anım mərasiminə qatılıb.
Onlar faciə baş verən binanın qarşısına qərənfillər düzərək, yanğında dünyasını dəyişənlərə Allahdan rəhmət diləyiblər.