Oqtay Zülfüqarovun doğum günündə “Sehirli alma” baletinin premyerası keçiriləcək
21 may, 2015 22:13
Teatrdan Ertv.Az-a verilən məlumata əsasən, Azərbaycan Xalq nağılı “Məlikməmməd”in motivləri əsasında tamaşaya qoyulan bu balet uşaqlar üçün nəzərdə tutulub və tamaşanın premyerası 1 iyun Uşaqları beynəlxalq müdafiə gününə həsr olunub.
Qeyd edək ki, mayın 31-i həm də bəstəkar Oqtay Zülfüqarovun doğum günüdür.
Yeni tamaşanın dirijoru – Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssam isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Tamaşada əsas rollarda balet truppasının gənc solistləri Timur Oduşev (Məlikməmməd), Faiq Qubatov (Padşah), Mehman Mərdanov (Təlxək), Cəmilə Kərimova (Məlikməmmədin sevgilisi), Anar Mikayılov (Div) və başqaları çıxış edəcəklər.