Ertv.Az xəbər verir ki, rejissor Li Toland Krigerin dram, melodram janrında çəkdiyi “Adalin əsri” filmi iyirminci əsrin əvvəlində dünyaya gələn və artıq 100 il həyat sürən, amma qocalmayan Adalindən bəhs edir.
Keçirdiyi bir yol qəzası nəticəsində möcüzə baş verir və Adalin bir də heç vaxt qocalmır. Uzun həyat yolu keçdiyinə baxmayaraq, Adalin hələ də sevə biləcək insanı tapa bilməyib. Nəhayət o, belə birisiylə qarşılaşır və ölməzlikdən vaz keçərək, onunla həyat sürmək və birgə qocalmaq istəyir.
Rollarda Bleyk Layvli, Mixil Hauşman, Keti Beyker, Harrison Ford, Ellen Berstin, Amanda Kryu, Linda Boyd, Xyu Ross, Ricard Hermon və Fulviyo Çeçere çəkiliblər.
"Nizami"də nümayiş olunacaq digər film isə Türkiyə istehsalı olan “Azem 2: Cin Garezi”dir.
İlin qorxu filmini ekranlaşdıran rejissor Erdinç Kazımoğludur. Ekran əsəri, ata və qızın tük ürpədən hekayəsindən bəhs edir. Azem bu dəfə Sakaryadakı bir qəsəbədə baş verən hadisələrin içindədir...
Rollara Murat Bülent Atacan, Ceren Gündoğdu, İzzet Lüleci, Seracettin Gözüküçük, Eda Göksun, Şefik Öncü Yılmaz və başqaları çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı "Nizami" Kino Mərkəzinin "Facebook" səhifəsindən öyrənə bilərsiniz. https://www.facebook.com/NizamiCinema?rf=hl