Ertv.Az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva öz facebook statusunda yazıb.
"Məncə bütün məmurlar, o cümlədən yerlərdə çalışan idarə və qurum rəhbərləri, millət vəkilləri olaraq hamımız çox diqqətlə izlədik və izləməliyik o çıxışı və hər birimiz nəticə çıxarmalıyıq"-deyə, qeyd edən millət vəkilinin yazdığına görə, biz hamımız ölkə başçısının da vurğuladığı kimi xalqa, insanlara xidmət etməliyik.
"Cənab Prezidentimiz çox ciddi göstərişlər verdi və inanırıq ki, onlar həyata keçəcək. İlk öncə isə bu böyük faciə nəticəsində zərər çəkmiş insanlarımıza lazım olab bütün dəstək göstəriləcək və cənab Prezidentimiz ötən günkü iclasda bununla bağlı çox ciddi göstərişlər verdi.
Onların əzizlərinin itkisini onlara qaytarmaq mümkün deyil amma yaralarını sarmaq üçün hamımız bu günlərdə onlarla birlikdə olduğumuzu göstərməliyik,acılarını onlarla bərabər gedib paylaşmalı,ən azı mənəvi dəstək olmalıyıq"-deyə, o, daha sonra qeyd edib.