Yanan binanın sakinləri bir neçə ay elektrik haqqı ödəməyəcəklər
21 may, 2015 22:03
Azərişıq” ASC-nin Mətbuat Xidmətindən Ertv.Az-a verilən məlumata görə, sakinlərin bütün elektrik borcları ASC-nin hesabına ödənilib.
Bundan başqa, binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.