İlham Əliyev Bakıda baş vermiş yanğın yerində olub
20 may, 2015 19:39
Ertv.Az ANS-Press-ə istinadən xəbər verir ki, dövlət başçısına baş vermiş yanğının ilkin səbəbləri, hadisə zamanı və sonra görülən tədbirlər, eləcə də xəsarət alanların son vəziyyəti, bina sakinlərinin yerləşdirilməsi və s. məsələlərlə bağlı ətraflı məlumat verilib.
Prezident İlham Əliyev vəziyyətlə yaxından tanış olduqdan sonra bütün müvafiq tədbirlərin maksimum dərəcədə operativ görülməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Xatırladaq ki, Azərbaycan prezidenti ötən gün Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.