Prezident İlham Əliyev Kamerun prezidentini təbrik edib
20 may, 2015 19:35
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamerun xalqına əmin-amanlıq və rifah diləyirəm.