Nazir müavini: “Birinci Avropa Oyunları ilə bağlı avtomobil yollarında xüsusi zolaqların bir qismi daha sonra ictimai nəqliyyat üçün saxlanılacaq”
20 may, 2015 15:37
Ertv.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov dilə gətirib.
Onun dediyinə görə, bu zolaqlar oyunlar zamanı nəqliyyatın rahat hərəkətini təmin etmək üçün salınsa da, bir qismi ictimai nəqliyyat üçün saxlanılacaq.
“Bu da ictimai nəqliyyatdan istifadənin çox olması ilə əlaqədardır” -deyən, M.Pənahovun bildirdiyinə görə, bu zolaqların bir qismi saxlanılsa da, onların istiqaməti dəyişilə bilər.
“Bəlkə bunu biz yolda sağ oxa dəyişdik” -deyə, o, sözlərinə əlavə edib.