Geylərə tort hazırlamaqdan imtina edən şirkət cərimə olunub
20 may, 2015 15:35
Ertv.Az lenta.ru-ya istinadən xəbər verir ki, Şimali İrlandiya məhkəməsi üzərində geylərin nikahını dəstəkləyən şüar yazılan tort hazırlamaqdan boyun qaçıran “Ashers Baking” qənnadı şirkətinin xristian əməkdaşlarını 500 funt məbləğində cərimələyib.
Belfast məhkəməsinin qərarına əsasən, qənnadıçılar bununla seksual orientasiya və baxışlar baxımından müştərilərə qarşı diskriminasiyaya yol veriblər.
Şirkətin meneceri Deniel Mak-Artur isə məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verəcəklərini deyib.
Məlumata görə, “Ashers Baking” şirkətinə qarşı məhkəmə iddiası geylərin hüquqlarının müdafiəsi ilə məşğul olan Caret Li tərəfindən qaldırılıb.
Onun vəkili məhkəmədən sonra bildirib ki, qənnadıçılardan alınan cərimə pulları xeyriyyə işlərinə sərf olunacaq.