Planetin ən soyuq kəndində adamın kiprikləri donur
19 may, 2015 18:34
Ertv.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Yeni Zelandiyadan olan fotoqraf Amos Çappl Şimal qütbündə yerləşən Yakutiyanın Oymyakon kəndində insanların həyatını görüntüləyib.
Bu kənddə ən yuxarı temperatur -71,2 ºС olub. İndi kənddə 500-ə yaxın insan yaşayır. Oymyakonda qidalanmaq üçün əsas məhsullar balıq və ətdir.
Kənddə yaşayanlar deyir ki, çölə çıxanda şaxtadan ayaqlarımız donur. İnsanlar tüpürcəklərinin agzlarında donduğunu söyləyirlər. Burada yaşayan itlər isə sıx tüklərinin hesabına şaxtalı havalarda sağ qala bilirlər. Bu kənddə iyul - avqust aylarında temperatur maksimum +30 ºС çatır. Kənddə temperatur - 52 ºС-dən aşağı düşəndə məktəbdə dərs keçirilir. Kənddə cəmi bir mağaza işləyir.
Küçədə gecə avtomobilə rast gəlmək mümkün deyil. Çünki maşın küçədə qalarsa tamailə donur. Məhz bu səbəbdən hamının evində qaraj var. Kənd nə qədər soyuq olsa da, insanları bir o qədər istiqanlıdır.