Prezident İlham Əliyev UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuuranı qəbul edib
15 may, 2015 12:38
Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə UNESCO-nun keçmiş baş katibi Koişiro Matsuura Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu məmnunluqla qeyd etdi.
O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşünü də ehtiramla xatırladı.
Söhbət zamanı Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulandı, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə verdiyi töhfə yüksək dəyərləndirildi.