Efiopiya radiosunda “Bakı 2015” ilk Avropa Oyunlarından danışılıb
18 may, 2015 12:35
Ertv.Az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, EBC Radio proqramının ingilis dilində yayımlanan verilişində Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqındakı Daimi nümayəndəsi Elman Abdullayev Avropa Oyunlarına hazırlıq, iştirakçı idmançılar, ölkəmizə səfər edəcək azarkeşlər, Azərbaycanın müasir idman kompleksləri barədə danışıb.
Həmçinin, “Bakı 2015” ilk Avropa Oyunlarına həsr edilmiş xüsusi mərasimin keçirilməsi ilə bağlı geniş söhbət aparılıb.
30 dəqiqəlik veriliş zamanı mədəniyyətimiz, tariximizin və ölkəmizin dünyada tanındığı multikulturalizm ənənələrinə dair müxtəlif məlumatların təqdim edilməsi ilə yanaşı, Azərbaycan mahnıları da səsləndirilib.