İlk Avropa Oyunlarında 72 samboçu medallar uğrunda mübarizə aparacaq
15 may, 2015 12:32
Ertv.Az xəbər verir ki, yarışda Azərbaycan idmançıları ilə yanaşı, Avstriya, Belarus, Bolqarıstan, İspaniya, Fransa, Yunanıstan, İsrail, Latviya, Litva, Moldova, Makedoniya, Polşa, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, Türkiyə, Ukrayna və Ermənistan təmsilçiləri güclərini sınayacaqlar.
Kişilərin yarışında 57, 75, 90, 100 kiloqramdan yuxarı, qadınların mübarizəsində isə 52, 60, 64 və 68 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.