Xəbərlər

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib
15 may, 2015 12:27

Ertv.Az-ın APA-ya istinadən məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, artıq iki forum uğurla təşkil olunub, Azərbaycan üçüncü dəfə tədbirə ev sahibliyi edəcək.

Nazirin sözlərinə görə, iki gün davam edəcək Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nın Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edirlər: “Forum günlərində Bakıya gələn 100-dən çox ölkəni təmsil edən qonaqlar Azərbaycanı daha yaxından tanımaq imkanı əldə edəcəklər. 

Forumda 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 50-yə yaxın ölkədən nazir, nazir müavinləri, dünyanın nüfuzlu media qurumlarının nümayəndələri, ümumilikdə beş qitədən 500-dək xarici ölkə nümayəndəsi iştirak edəcək. Builki forumun kifayət qədər maraqlı proqramı var və siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. 

Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar keçiriləcək”.

Mətbuat konfransında Azərbaycanın böyük tarixi keçmişi olduğunu söyləyən BMT-nın Sivilizasiyalar Alyansı üzrə alı nümayəndəsi Nassır Abdulazız Al-Nasserı tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan prezidentinə və hökumətinə minnətdarlığını bildirib.

Ali nümayəndə qeyd edib ki, builki forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən mötəbər tədbirin təşkili təqdirəlayiqdir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.