Xəbərlər

Yaponiyadan həkim heyəti qaçqın və köçkünlər üçün peşəkar göz müayinəsi xidmətləri təşkil edir
18 may, 2015 12:23
Ertv.Az-a BMT-nin Bakı nümayəndəliyindən bildiriblər ki, tanınmış yapon alimi Doktor Akio Kanainin rəhbərlik etdiyi altı nəfər optometrist mütəxəssisdən ibarət heyət Ağdam və Tərtər rayonlarında məcburi köçkünlər və aztəminatlı əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirmək üçün Bakıdan ölkənin qərb bölgələrinə yola düşür.  
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK-ın) son dörd onillikdə səxavətli donoru kimi doktor Akio Kanai dünyada olan didərgin insanlara kömək göstərilməsində nümayiş etdirdiyi qətiyyətə görə 2006-cı ildə nüfuzlu “Nansen qaçqın mükafatı”na layiq görülüb.
 
Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək “Fuci Optikal” şirkəti Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər kövrək qruplar üçün 145 min eynək ianə edib, bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyaları həyata keçirib. Azərbaycan bu ölkələrdən biridir və bu, “Fuci Optikal” şirkətinin ölkəyə 11-ci belə missiyasıdır. 
 
“Fuci Optikal” Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək iki milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 20 minə yaxın qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan şəxs BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti mərkəzi və yeli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.
 
Bu il, “Fuci Optikal” BMT QAK-a dörd min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə edib və on günlük  humanitar missiya dövründə iki minədək məcburi köçkün, qaçqın və digər aztəminatli şəxsi müayinə etməyi hədəfə alıb.
 
“Fuci Optikal”ın humanitar təşəbbüsləri humanitar yardım göstərməklə məhdudlaşmır. Görülən işlər, eyni zamanda, Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə mənəvi dəstək nümayiş etdirir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.