İnşaat işlərinə yönəldilən vəsait 3,5 faiz artıb
18 may, 2015 12:12
Ertv.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 3,5% çox olub.
İstifadə olunmuş vəsaitin 333,8 milyon manatı və ya 68,5%-i məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 2821,5 milyon manatını daxili vəsaitlər təşkil edib. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% artaraq 3771,8 milyon manat təşkil edib.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5654,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. İlin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 962,5 milyon manatında istifadə edilib.