Xəbərlər

“Bakı-2015” və rəsmi tərəfdaşı “Tissot” ilk Avropa Oyunlarının ikinci “Şanslı qalib”inin adını açıqlayıb
14 may, 2015 22:10

Ertv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Tahirə Məcidovanın bilet nömrəsi təsadüfi püşkatma ilə seçilib. O, İsveçrənin məşhur saat markasından xüsusi hazırlanmış, gözqamaşdırıcı kişi və qadın saatı qazanıb.

Şanslı qalib Tahirə Məcidova deyib: “Tissot” şirkətinin təqdim etdiyi saatlar çox gözəldir və bu mötəbər tədbirdən yadigar qalan möhtəşəm suvenir olacaq. Hər dəfə bu saatlardan istifadə edərkən birinci Avropa Oyunlarının loqosunu təmsil edən rənglər sayəsində “Bakı-2015”i xatırlayacağıq. Birinci Avropa Oyunlarının bir hissəsi olacağımız günü, xüsusilə də açılış və bağlanış mərasimlərini səbirsizliklə gözləyirik”.

“Tissot”un prezidenti Fransua Tibo bildirib ki, “Bakı-2015” tamamilə fərqli bir tədbir - tarixin ilk Avropa Oyunları olacaq. Biz xüsusi hazırlanmış “Tissot Quickster Baku” saatı vasitəsilə Oyunları Tahirə Məcidova üçün unudulmaz xatirəyə çevirmək istədik. “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq tədbirə göstərilən marağı artırmağa və onu “Şanslı qalibi”miz üçün daha unudulmaz ana çevirməyə yardım etməyimizdən məmnunuq.

“Bakı-2015” Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Şanslı qalib” kampaniyasına verdiyi töhfəyə görə “Tissot”a təşəkkürümü bildirirəm. Bu cür irimiqyaslı tədbir üçün sponsorlardan güclü dəstək almaq olduqca vacibdir. “Tissot” bu kampaniyada iştirak etməklə rəsmi tərəfdaş kimi, öhdəsinə düşən vəzifəni uğurla yerinə yetirdiyini göstərdi. Həmçinin Tahirə Məcidovanı belə möhtəşəm hədiyyələr qazanması münasibətilə təbrik edirəm”.

“Bakı-2015”in “Şanslı qalib” kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi dəyərli hədiyyələr üzrə oynanılır. Növbəti hədiyyələr “P&G” şirkəti tərəfindən bir ailə üçün illik məhsul tədarükü və “Nar Mobile”dan ömürlük danışıq paketidir. Bütün şanslı qaliblər, həmçinin “Bakı-2015” ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ikinəfərlik VIP bilet əldə edirlər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.