7 yaşlı azərbaycanlı dünya çempionu oldu
14 may, 2015 22:09
Ertv.Az xəbər verir ki, 7 yaşından 17 yaşınadək kateqoriyada klassik şahmat üzrə yarışlarda Gəncədən olan gənc şahmatçı Leyla Budaqova axırıncı turda Altunay Kuzxamkulovaya (Qazaxıstan) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yeri gəlmişkən, Leyla iki qızıl medalla evə qayıdır. O, həm də öz yaş qrupunda blits-turnirin qalibi olub. Mayın 11-də standart şahmatdan kənar istirahət günü Tailandda məktəblilər arasında blits üzrə dünya çempionatı olub. Leyla Budaqova yeddi oyunda 6 qələbə qazanaraq 17 yaşınadək olan idmançılar arasında birinci olub.