Xəbərlər

İranda Azərbaycan dilində yeni telekanal fəaliyyətə başlayacaq
14 may, 2015 21:55

Ertv.Az-a RYTN-dən bildiriblər ki,ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini bildirən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov dövlət başçısı İlham Əliyev və prezident Həsən Ruhani arasında keçirilən görüşlərin bu əməkdaşlığın gücləndirilməsində xüsusi rol oynadığını nəzərə çatdırıb.

Tərəflər arasında əməkdaşlığın növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu, bu inkişafda radio-televiziya yayımı sahəsinin də öz yeri olduğunu qeyd edən İ.Məmmədov bu istiqamətdə İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə aparılan işlər və keçirilən görüşlərdən, bu görüşlərin qarşılıqlı razılıq doğuran  nəticələrindən söz açıb.

Məhəmməd Əxgəri də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdığını vurğulayaraq, bu əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı maraqlara söykəndiyini qeyd edib. İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının fəaliyyət istiqamətlərindən, yayımlanan radio və televiziya kanallarından da danışan qonaq cari ilin 24 may tarixində 24 saat ərzində Azərbaycan dilində yeni kanalın fəaliyyətə başlayacağını, bu kanalın Azərbaycanın ilk telekommunikasiya peyki  “Azərspace-1” üzərindən yayımlanmasının  arzuolunan  olduğunu nəzərə çatdırıb.

Daha sonra görüşdə radio-televiziya yayımı sahəsində mövcud münasibətlər, o cümlədən analoq yayımın tamamilə dayandırılaraq tərəflərin rəqəmli yayıma keçidi və s. məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.