Xəbərlər

Millət vəkili yenə əsgərlər arasında
13 may, 2015 13:13
Ertv.Az xəbər verir ki, əsgərlər qarşısında çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva hər bir azərbaycanlının ən böyük arzusunun Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanması olduğunu deyib:
 
“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq.
 
İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək. Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız öz evlərində bayram süfrələrini qura bilsinlər”.
 
Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib və əsgər və zabit heyəti ilə gözəl söhbətlər ediblər. Sonra hərbi xidmətində fərqlənən əsgər və zabitlərə Q. Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB adından hədiyyələr təqdim edilmiş və onlarla gözəl söhbətlər aparılmışdır.
 
Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.
 
Azərbaycanın tanınmış aparıcısı Samir Bayramov, gənc tanınmış sənətçisi Əbdül Xalid və bir sıra sənətkarlar əsgər və hərbiçilərimiz üçün gözəl bir gün yaşadıblar. Hərbi hissənin rəhbərliyi və Q.Paşayeva  Azərbaycanın tanınmış aparıcısı Samir Bayramova və gənc tanınmış sənətçisi Əbdül Xalidə  Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər.
 
Onlar Azərbaycan əsgərinin formasını geyinərək, “bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanımizin ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq” deyiblər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər.
 
Daha sonra əsgər və hərbçilər üçün konsert proqramı verilib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.