Xəbərlər

Rusiyada erməni deputat məcburi istintaqa cəlb edilib
13 may, 2015 13:10
Ertv.Az gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın Primorsk diyarı qanunvericilik orqanının hakim “Vahid Rusiya” partiyasından olan deputatı Artuş Xaçatryan zorən hüquq-mühafizə orqanlarına aparılaraq dindirilib.
 
Bu barədə Rusiya İstintaq Komissiyasının rəsmi saytında yerləşdirilmiş məlumatda qeyd olunub:
 
“Onun məcburi qaydada istintaqa cəlb edilməsi şübhəli şəxsin müstəntiqin çağırışına bir neçə dəfə əhəmiyyət verməməsi və ölkə xaricinə çıxmağa cəhd göstərməsi ilə əlaqədar olub. Hazırda onun barəsində hansı tədbirin seçilməsi məsələsinə baxılır”.
 
Bununla belə, qeyd olunur ki, A.Xaçatryan barəsində seçiləcək tədbirdən asılı olmayaraq, o, öz müalicəsini ölkə xaricində də davam etdirə bilər.
 
Məlumata görə, erməni deputatın hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığı ona 5 il müddətinə həbs cəzasına başa gələ bilər. Əgər bu hərəkət onların sağlamlığına təhlükə yaradarsa, o halda A.Xaçatryan 10 il müddətinə həbsxanaya göndərilə bilər.
 
Xatırladaq ki, 1 may yürüşü ilə əlaqədar yolun bağlanması erməni deputatın ürəyincə olmayıb.
 
O, sükanı arxasında oturduğu “Lexus” avtomobilini yolu bağlayan polislərin üzərinə sürməyə cəhd edib.
 
Avtomobilin qarşısında polisin dayanması da erməniyə işarə olmayıb və o, bir neçə dəfə cəhdi təkrar edib. Bununla parallel olaraq erməni deputat nalayiq sözlərlə polisləri təhqir edib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.