Nazir: "Cənub Qaz Dəhlizi" çərçivəsində Azərbaycandakı layihələrin 30 faizdən çoxu həyata keçirilib"
13 may, 2015 13:06
Ertv.Az xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev Xəzər Avropa Klubunun üzvləri ilə görüşdə bildirib.
O qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində işlər nəzərdə tutulan plandan əvvəl yerinə yetirilir.
Nazirin sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda həyata keçirilən işlərin 30-32 faizi görülüb.
"İnanırıq ki, bütün işlər uğurla həyata keçiriləcək. 2019-cu ildə Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə Avropaya çatdırılacaq".